Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində irəlilədi
17.09.2025 11:24 UEFA

Azərbaycan UEFA reytinqində xallarını artırıb. 

TodayPress TV xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsində “Benfika”nı (3:2) məğlub edən Azərbaycan çempionu “Qarabağ” ölkə reytinqinə 0,500 xal əlavə edib.

Nəticədə Azərbaycanın reytinqdəki xalı 21,500-ə yüksəlib və ölkəmiz Slovakiyanı 0,125 xal qabaqlayaraq 25-ci pilləyə nəzarəti ələ keçiriblər.

UEFA reytinqinə 95,450 xalla İngiltərə başçılıq edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər