Azərbaycan UEFA reytinqində irəlilədi
Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib.
TodayPress TV xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması ilə mümkün olub.
Ağdam təmsilçisi pley-offda Macarıstanın “Ferentsvaroş” klubu ilə iki oyunun nəticəsinə (3:1, 2:3) görə qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə yüksəlməklə ölkənin əmsalını 21.000-ə çatdırıb.
Göstərici Azərbaycanın 26-cı pilləyə yüksəlməsinə səbəb olub.
25-ci pillədə Slovakiya (21.375), 27-ci yerdə isə Sloveniya (20.718) qərarlaşıb.
UEFA reytinqinə 95.005 xalla İngiltərə başçılıq edir.
Namiq HUN