Azərbaycan hakimliyinə böyük etimad

Azərbaycan hakimliyinə böyük etimad
09.12.2025 13:47 UEFA

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

TodayPress TV xəbər verir ki, o, Avropa Liqasında Liqa mərhələsinin VI turunda “Frayburq” - “Zalsburq” matçının baş hakimi olacaq.

Məsiyevə bu işdə laysmanlar - Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Əliyar Ağayev isı dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Liqa mərhələsinin “Frayburq” - “Zalsburq” matçı dekabrın 11-də keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər