Azarkeşlərin davranışı “Bavariya”ya baha başa gəldi

Azarkeşlərin davranışı “Bavariya”ya baha başa gəldi
09.01.2026 11:25 UEFA

UEFA İntizam Komitəsi “Bavariya” klubunu cəzalandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Münhen təmsilçisinin cəzalanmasına səbəb ötən ilin dekabında UEFA Çempionlar Liqasında “Sportinq” klubuna qarşı keçirilən ev oyununda azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi olub.

Qərara əsasən, “Bavariya”nın ev oyunlarını keçirdiyi “Alyans Arena”nın Cənub tribunası Çempionlar Liqasının Liqa mərhələsində Belçikanın “Yunion” klubuna qarşı matçda azarkeşlər üçün bağlı olacaq. Bundan əlavə, klub 50 min avro məbləğində cərimələnib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər