Ayxan Abbasovun komandası üçün yeni yol xəritəsi müəyyənləşir
UEFA
12.02.2026 10:46
Bu gün UEFA Millətlər Liqasının 2026/2027 mövsümü üçün püşkatma mərasimi keçiriləcək.
TodayPress TV xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə təşkil olunacaq tədbirdə Azərbaycan milli komandasının D Liqasındakı rəqibləri bəlli olacaq.
Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq püşkatmada 1-ci səbətdə yer alacaq. D Liqasında ümumilikdə 6 komanda iki qrupa bölünəcək və hər qrupda 3 kollektiv mübarizə aparacaq. Komandalar bir-biri ilə ev və səfər prinsipi əsasında qarşılaşaraq ümumilikdə 4 oyun keçirəcəklər.
Hazırda D Liqasında çıxış edəcək 4 milli komanda məlumdur. Digər iki iştirakçı bu ilin mart ayında baş tutacaq pley-off oyunlarından sonra müəyyənləşəcək.
UEFA Millətlər Liqası — D Liqası (2026/2027 mövsümü)
1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu
2-ci səbət: Lixtenşteyn, Andorra
Qeyd edək ki, UEFA Millətlər Liqasının yeni mövsümü sentyabrın 24-də start götürəcək.
Namiq HUN
tag: Ayxan Abbasov,U21,Futbol,Baş məşqçi,Todaypress.az,
