Avropa Superkuboku 4 komandalı formata keçir

Avropa Superkuboku 4 komandalı formata keçir
14.08.2025 05:00 UEFA

Avropa Superkubokunun formatı və keçirilmə yeri dəyişə bilər.

TodayPress TV xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasındakı oyunun növbəti mövsümdə Avropadan kənarda baş tutması gündəmə gəlib.

UEFA Superkubokun formatlaşdırılması məsələsini hələ 2022-ci ildə qaldırıb. İki yarımfinal və bir final oynayacaq yeni turnirdə dörd klubun iştirak edəcəyi güman edilir.

UEFA Superkuboku Avropadan kənarda dörd komandalı turnirə çevrilə bilər. Variantlar arasında ABŞ və Yaxın Şərq var.

Qeyd edək ki, bu gün keçiriləcək finalda Çempionlar Liqasının çempionu PSJ ilə Avropa Liqasının qalibi "Tottenhem" arasında oynanılacaq.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər