Avropa Liqası öncəsi Tedesko zədə siyahısını açıqladı
UEFA
10.12.2025 14:27
“Fənərbağça” klubunun baş məşqçisi Domeniko Tedesko UEFA Avropa Liqasında “Brann”la keçiriləcək oyun öncəsi mətbuat konfransında açıqlamalar verib.
TodayPress TV xəbər verir ki, Tedesko qarşılaşmada ehtiyat oyunçular skamyasında cəmi dörd futbolçunun olacağını bildirib:
“Mən gənc məşqçiyəm, amma bu sahədə özümü təcrübəli hiss edirəm. Ola bilsin, bu, mənim 800-cü mətbuat konfransımdır. Məşqçi hər vəziyyətə uyğunlaşmağı bacarmalıdır. “Ferentsvaroş”la oyunda çox boşluqlarımız vardı. Bu problemlərin həllini tapmalıyıq. Komanda daxilində ən doğru qərarı vermək lazımdır. Asensio əzələ problemi səbəbindən oynamayacaq. Alvarezin biləyində, Şimanskinin dizində ağrı var. Bartuğ isə ümumiyyətlə heyətdə yoxdur. “Brann”la matçda ehtiyat oyunçular skamyasında cəmi 4 futbolçumuz olacaq. Amma mən heç vaxt bu vəziyyətə görə ağlamaram”.
Qeyd edək ki, “Fənərbağça” – “Brann” matçı sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Namiq HUN
tag: Domeniko Tedesko,Fənərbağça,UEFA,Mətbuat konfransı,Todaypress.tv,
