“Araz-Naxçıvan”dan uğurlu start
“Araz-Naxçıvan” klubu futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsinə qələbə ilə başlayıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan çempionu qrup oyununda Şimali İrlandiyanın “Sparta Belfast” (9:1) klubunu darmadağın edib.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda bu gün Şotlandiyanın "PYF Saltires" klubu ilə qarşılaşacaq.
Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" ilkin mərhələdə sonuncu matçını avqustun 30-da Avstriyanın “Ljuti Krajişniçi” klubuna qarşı keçirəcək.
Namiq HUN