“Araz-Naxçıvan” Çempionlar Liqası matçına itkilərlə çıxacaq

“Araz-Naxçıvan” Çempionlar Liqası matçına itkilərlə çıxacaq
24.11.2025 10:12 UEFA

Bu gün “Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Benfika” ilə qarşılaşacaq.

TodayPress TV Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, komanda qarşılaşmaya itkilərlə çıxacaq.

Covanni Valero, Karlos Bertola və Aleksanderson Teyşeyra cəzalı olduqlarına görə bu oyunda iştirak etməyəcəklər. 

Bakı İdman Sarayında keçiriləcək Araz-Naxçıvan” - “Benfika” matçı saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrın 5-də Portuqaliyada keçiriləcək. Cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) - Sportinq (Portuqaliya) duelinin qalibi ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər