AL: “Sabah”ın potensial rəqibləri bilindi
UEFA Avropa Liqasının (AL) II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
TodayPress TV xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycan kubokunun sahibi “Sabah”ın da potensial rəqibləri dəqiqləşib.
“Bayquşlar” ilk mərhələdə Sloveniya “Selye”sini keçərsə, AEK (Larnaka, Kipr) – “Partizan” (Belqrad, Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Komandalar arasında ilk matç iyulun 24-də evdə keçiriləcək.
Namiq HUN