AFFA rəsmisi UEFA-dan təyinat aldı

AFFA rəsmisi UEFA-dan təyinat aldı
21.07.2025 14:10 UEFA

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Bu barədə TodayPress TV-yə qurumun mətbuat xidmətindən məlumat verilib.

O, Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Aktobe” (Qazaxıstan) - “Sparta” (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi stadionda baş tutacaq.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər