Trampın YENİ HƏDƏFİ: "Kiçik dövlətlər məhv olacaq!"
Təhlil
17.03.2026 16:31
ABŞ Prezidenti Donald Tramp Kubanı ələ keçirmək şərəfinə nail olacağını açıqlayıb. O, bu açıqlamanı Ağ Evin Oval Ofisində jurnalistlərin suallarını cavablandırarkən verib.
Sual yaranır, Yaxın Şərqdəki münaqişə ərəfəsində Tramp bu addımı atacaqmı?
Sözügedən məsələni siyasi şərhçi Abutalıb Səmədov TodayPress TV-yə şərh edib.

“Tramp açıq şəkildə bəyan edib ki, ABŞ Administrasiyasının istəmədiyi şəxs dövlət rəhbəri ola bilməz: "Arzuolunmazlar sırasında Venesueladan sonra gələn ilk ölkə Kuba idi. Bu gün Kubada vəziyyət kifayət qədər ağırdır: neft və yanacaq çatışmazlığı var, elektrik enerjisi demək olar ki, yoxdur və vəziyyət günü-gündən pisləşir. Tramp hələlik əhalinin ayağa qalxıb hakimiyyəti devirməsini gözləyir".
Ekspert qeyd edib ki, eyni zamanda, İranda da ABŞ-nin kifayət qədər ciddi problemləri mövcuddur və İranla bağlı məsələ həll olunmadan Kubada hakimiyyət dəyişikliyinə cəhd göstərmək düzgün olmaz. Bu səbəbdən ABŞ yaxın zamanlarda İranla bağlı məsələnin həllinə cəhd göstərəcək. Ola bilsin ki, bu proses bir qədər uzansın və növbədə Kubadır.
Analitik, sonda əlavə edib ki, bu siyasət günümüzün acı reallığıdır:
“Əvvəllər heç bir dövlət açıq şəkildə demirdi ki, mənim istəmədiyim şəxslər hakimiyyətdə ola bilməzlər. İndi isə belə açıqlamalar verilir. Bu, böyük təhlükə yaradır, çünki eyni nümunə digər zorba dövlətlər tərəfindən də tətbiq oluna bilər. Bu isə kiçik dövlətlər üçün ciddi problemlər yarada bilər”.
Jalə Rövşən
tag: Abutalıb Səmədov,Siyasi şərhçi,Tramp,Kuba,Todaypress.tv,
