Hindistan Rusiya və Ukrayna ilə danışıqlar aparır? - Qara dənizdə hücumlar...

Hindistan Rusiya və Ukrayna ilə danışıqlar aparır? - Qara dənizdə hücumlar...
05.10.2026 18:25 Dünya

Hindistan Qara dənizdə taxıl və yanacaq daşıyan gəmilərin təhlükəsiz keçidinin təmin edilməsi ilə bağlı Rusiya və Ukrayna ilə danışıqlar aparır.

TodayPress TV xəbər verir ki, bu barədə Cənubi Asiya respublikasının xarici işlər naziri Subramanyam Cayşankar Hindistan paytaxtında keçirilən konfransda danışıb.

O, Qara dənizdə gəmilərə hücumların yolverilməz olduğunu qeyd edib.:

"Moskva və Kiyevlə danışıqlar yüklərin çatdırılmasına mane olmamaq məsələsinin müzakirəsi müstəvisinə keçib. Qara dəniz regionunda böyük ölçüdə dayanan taxıl ixracı ilə bağlı narahatlıq ifadə olunub. Beləliklə, danışıqlar daha geniş xarakter alıb. Hazırda onlar davam edir".

Bundan əlavə, onun sözlərinə görə, bu, enerji daşıyıcılarının tədarükü ilə də bağlıdır.

Bu kontekstdə o, Hindistanın Baş naziri Narendra Modinin Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşünü xatırladıb:

"Və bundan sonra o (Modi – red.) məndən Kiyevə getməyimi xahiş etdi, mən də oraya gedib Zelenski ilə görüşdüm. Biz hər iki tərəflə təmasda oluruq. Aydındır ki, vəziyyət sadə deyil".

Aysel Mətləb

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər