Litva və Polşa Aİ-yə qarşı çıxdı - Miqrasiya paktına yenidən baxılsın!
Litva və Polşa Brüsseldən Avropa İttifaqının (Aİ) miqrasiya və sığınacaq haqqında paktına yenidən baxılmasını tələb etmək niyyətindədirlər.
TodayPress TV xəbər verir ki, bu barədə Vilnüs və Varşavanın daxili işlər nazirləri Martinas Katelinas və Marçin Kervinski birgə mətbuat konfransında bildiriblər.
"Miqrasiya paktı bugünkü vəziyyətə cavab vermir. Bunu yalnız bizim regiondakı deyil, həm də Avropanın cənubundakı vəziyyət sübut edir. Biz bu məsələdə həmfikirik və hesab edirik ki, üzv ölkələrin ehtiyaclarına həqiqətən cavab verməsi üçün pakta yenidən baxılmalıdır", – deyə məlumatda bildirilib.
Litva XİN rəhbəri qeyd edib ki, Vilnüs Aİ Şurasına sədrliyi dövründə (2027-ci il yanvarın 1-də başlayır) pakta yenidən baxılması məsələsini qaldıracaq:
"Ümid edirəm ki, sədrliyimiz dövründə Avropa miqrasiya siyasətinin simasını dəyişdirəcək ciddi qərarlar qəbul ediləcək".
Qeyd edək ki, iyun ayında qüvvəyə minən paktın əsas nöqsanları kimi tənqidçilər sərhəd mühafizəsinin səlahiyyətlərinin məhdudlaşdırılmasını və həmrəylik mexanizminin tətbiqini hesab edirlər. Bu mexanizm birliyin sərhədyanı ölkələri axına məruz qaldıqda Aİ üzvlərindən qeyri-qanuni miqrantların bir hissəsini qəbul etməyi tələb edir.
Aysel Mətləb