Müharibə davam edir: Atəş kəsmir..
Təhlil
08.04.2026 22:21
“Tehran atəşkəsə əsasən İsrailin Livana qarşı əməliyyatları dayandırmalı olduğunu vurğulasa da, Tel-Əviv ABŞ ilə İran arasındakı razılaşmanın Livan əməliyyatına aid olmadığını qeyd edir”.
Politoloq Elxan Şahinoğlu bunu TodayPress TV-yə danışarkən bildirib.

Analitik xatırladıb ki, İsrail hökuməti zamanla yarışır və Baş nazir Benyamin Netanyahu anlayır ki, ABŞ Prezidenti Donald Tramp istənilən anda ona zəng edərək əməliyyatların dayandırılmasını tələb edə bilər. Siyasi şərhçi qeyd edib ki, bu səbəbdən Netanyahu mümkün zəngə qədər “Hizbullah”ın Livandakı mövqelərinə daha çox zərbə endirməyə çalışır.
"Əməliyyat artıq sərhədləri aşıb və Livanda mülki itkilərin sayı artır. İsrailin hərbi fəaliyyətini davam etdirməsi fonunda İran Hörmüz boğazından tankerlərin keçidini yenidən məhdudlaşdırıb. Elə bu amillər atəşkəsin kövrək olduğunu göstərir”, - deyə E. Şahinoğlu qeyd edib.
Aysel Mətləb
tag: İran,Netanyahu,Livan,ABŞ,Elxan Şahinoğlu,TodayPress TV,
