Jurnalistlər hədəfdə - DTX-dan XƏBƏRDARLIQ

Jurnalistlər hədəfdə - DTX-dan XƏBƏRDARLIQ
14.10.2026 16:06 Gündəm

Jurnalistlərə qarşı kiberdələduzluq hallarının yeni üsullarla həyata keçirilməsi təhlükəsi diqqət çəkir. Tanınmış şəxslərin adından istifadə edən dələduzlar jurnalistlərlə əlaqə yaradaraq özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edə bilərlər.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalistlərə xəbərdarlıq xarakterli məlumatda bildirilir.

Məlumata görə, kiberdələduzlar əvvəlcə jurnalistə mesaj yazaraq guya dövlət qurumlarından zəng ediləcəyini bildirirlər.

Daha sonra əlaqə saxlayan şəxs hədə-qorxu gəlməklə, qorxu və təzyiq yaratmaqla qanunsuz tələblər irəli sürməyə çalışır.

Bu cür hallarda əsas məqsəd jurnalistin etibarından sui-istifadə etmək, onu psixoloji təzyiq altında saxlamaq və müxtəlif yollarla aldatmaq ola bilər.


TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər