Dünyaya nəzarət edəcək 8 ölkə arasında Azərbaycan da var
Təhlil
07.04.2026 17:06
2026-cı ildə qlobal miqyasda strateji baxımdan xüsusi əhəmiyyət kəsb edən ölkələr sırasında Ermənistan, Azərbaycan, Macarıstan, Qazaxıstan, Monqolustan, Pakistan, Türkiyə və Özbəkistan yer alır.
TodayPress TV xəbər verir ki, bunu Hudson İnstitutunun Böyük Asiya üzrə baş elmi işçisi Ken Moryasu öz "X" hesabında yazıb.
O, bildirib ki, diqqətçəkən məqam bu ölkələrin əksəriyyətinin ingilis coğrafiyaşünası Halford Makkinder tərəfindən “Avrasiya Qəlbi” (Heartland) adlandırılan ərazidə və ya ona yaxın bölgələrdə yerləşməsidir.
Qeyd edilib ki, Mackinderin nəzəriyyəsinə görə, bu “Qəlb” bölgəsinə nəzarət edən güc Afrika, Asiya və Avropanı birləşdirən “Dünya Adası”na, nəticə etibarilə isə qlobal hakimiyyətə nəzarət etmək imkanına sahib olur.
Maraqlıdır ki, Orta Asiya quru ilə əhatə olunmuş bir regiondur. Onun potensialını tam şəkildə ortaya çıxarmaq üçün İran dövlətinin mövqeyinin dəyişməsi və quru əlaqələri ilə birləşən Türk Birliyinin formalaşması zəruri hesab olunur. Əks halda, ixrac üçün digər çoxmodlu nəqliyyat modelləri təhlükəsizlik baxımından olduqca qeyri-sabit və baha başa gələcək.
Jalə Rövşən
