ABŞ KUBAYA GİRİR - İran rəzalətini unutdurmaq üçün ictimai rəyin tələbi
Təhlil
09.04.2026 13:53
"Tramp daxili auditoriyada itirdiyi nüfuzu bərpa etmək üçün coğrafi baxımdan daha yaxın və amerikalılar üçün daha "məntiqli" hədəf olan Kubaya yönələ bilər".
TodayPress TV xəbər verir ki, bunu siyasi analitik Ruslan Bəşirli "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, İran müharibəsi davam edərkən, ABŞ-də nüfuzlu araşdırma şirkətlərinin apardığı rəy sorğuları amerikalıların 80 faizinin bu müharibəyə qarşı olduğunu göstərirdi:
"Rəy sorğuları həmçinin, Trampın nüfuzunun dibə endiyini və noyabr ayında keçirilən ara seçkilərdə demokratların Konqresi tam olaraq ələ alacağını göstərir. Trampın bu vəziyyətdən çıxış yolu varmı? Var".
Analitik qeyd edib ki, rəy sorğuları amerikalıların İrandan fərqli olaraq Trampın Kubada rejimi devirməsi üçün əməliyyat həyata keçirməsini dəstəklədiklərini təsdiqləyir:
"Amerikan seçməninin bu mövqeyi anlaşılandır, çünki ölkələrindən 1000 km uzaqda yerləşən İranda əməliyyatın ABŞ-nin mənafeylərinə uyğun olmadığını düşünürlər. Kommunist Kuba isə ABŞ-nin düz burnunun dibindədir. Keçmişdə Kuba raket krizi də daxil olmaqla bir sıra hadisələr yaşanıb və sairə".
Jalə Rövşən
tag: Ruslan Bəşirli,siyasi analitik,ABŞ,Kuba,Todaypress.tv,
