“6 il qadın paltarı geyinib, özünü lal-kar kimi qələmə verib” — Erməni jurnalistdən ŞOK İDDİALAR
Təhlil
09.04.2026 15:17
Erməni jurnalist Natali Aleksanyan erməni kilsəsinin rəhbəri II Qaregin (Ktriç Nersisyan) və onun ailə keçmişi ilə bağlı dəhşətli faktlar paylaşıb.

TodayPress TV xəbər verir ki, jurnalist II Qareginin atası Qriqor Nersisyanın Voskehat kəndində "Dəli Qriqor" ləqəbi ilə tanındığını iddia edib.
Aleksanyanın sözlərinə görə, bu şəxs hələ 1940-cı ildə müharibədən qaçmaq üçün 6 il boyunca qadın paltarı geyinərək özünü lal-kar kimi qələmə verib.
Jurnalist ailə daxilində yaşanan qanlı dramın təfərrüatlarını belə təsvir edir:
"Müharibə bitdikdən sonra “dili açılan” Qriqor, Xatun adlı qadınla evlənib. Lakin o, 6 uşağının anasına ağlasığmaz işgəncələr verib. Onu tövlədə başıaşağı asar, kəmərlə döyər və dırnaqlarını çəkib çıxararmış. Bütün bunları isə uşaqlarının gözü qarşısında edib".
Aleksanyanın iddiasına görə, indiki katalikos II Qaregin anasının bu əzablara dözməyərək gənc yaşda ölməsinə səssiz qalıb:
"Ailənin böyük övladı Ktriç anasının dırnaqlarının çəkilməsinə, başıaşağı asılmasına susub. Hətta illər sonra o, anasının xatirəsini “yad etmək” üçün nikahdankənar uşaqlarına anasının adını - Xatun adını qoyub".
Jurnalist sonda qeyd edib ki, atadakı "dəlilik" genetik olaraq II Qareginə də keçib və o, erməni cəmiyyətində artıq dəli kimi tanınmağa başlayıb.
Qeyd edək ki, Qriqor Nersisyan 2009-cu ilin oktyabrında 88 yaşında vəfat edib
Qiymət Mahir
tag: Natali Aleksanyan,Erməni jurnalist,II Qaregin,Qriqor Nersisyan,Todaypress.tv,
