22 aprel planı ÜZƏ ÇIXDI! Dünya bu tarixdən danışacaq...
Təhlil
08.04.2026 11:31
Yaxın Şərqdə mümkün atəşkəsin konkret tarixlə bağlı planın bir hissəsi olması ehtimalı var.
TodayPress TV xəbər verir ki, bunu siyasi ekspert Novruzəli Yusubzadə “Facebook” hesabında yazıb.

O bildirib ki, 14 günlük atəşkəs ehtimalını indidən proqnozlaşdırmaq tez olsa da, bu ssenari müəyyən tarixlərlə üst-üstə düşür.
N.Yusubzadənin sözlərinə görə, 8 aprelə 14 gün əlavə edildikdə 22 aprel tarixi alınır və bu tarix İsrailin müstəqillik günü ilə eyni dövrə təsadüf edir:
“İsrailin müstəqillik günü — “Yom Ha’atzmaut” bu il 21–22 aprelə düşür. Ehtimal ki, ABŞ Prezidenti Donald Tramp bu tarixdə Qüdsə səfər edərək İsrailin ən ali iki təltifi — “Pras Yisrael” (İsrail Mükafatı) və prezidentin verdiyi “İtur Nesi Medinat Yisrael” (İsrail Prezidentinin Şərəf Nişanı) mükafatlarını alacaq”.
Bir müddət öncə İsrailin təhsil naziri Yoav Kiş ABŞ Prezidenti Donald Trampın mərasiminə rəsmi şəkildə dəvət olunduğunu açıqlamışdı. Kişin sözlərinə görə, ABŞ Prezidenti bu mükafata İsrail və yəhudi xalqına xüsusi töhfələrinə görə layiq görülüb. Məlumata görə, Donald Tramp aprelin 22-də keçiriləcək mərasimdə “ömürboyu xüsusi töhfə” nominasiyası üzrə mükafat ala bilər. İsrail Mükafatının tarixində ilk dəfədir ki, xarici lider bu mükafata layiq görülür.
Tramp isə martda “Channel 14”ə verdiyi müsahibədə səfərə meylli olduğunu təsdiqləyib.
Qiymət Mahir
tag: Novruzəli Yusubzadə,siyasi ekspert,ABŞ,İsrail,İran,Tramp,Todaypress.tv,
