Yerdə maqnit fırtınası baş verəcək

Sosial

17.03.2026 10:54

Günəşdə baş verən güclü partlayış nəticəsində yaranan plazma buludu Yerə doğru hərəkət edir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyalı alimlər məlumat verib.

Məlumata görə, bu səbəbdən martın 19-u, cümə axşamı səhər saatlarında Yer kürəsində maqnit fırtınasının başlaması gözlənilir.

Mütəxəssislər bildirir ki, plazma buludu təxminən 670 km/s sürətlə hərəkət edir və onun Yerə çatması 60 saatdan bir qədər çox vaxt aparır. Hesablamalara görə, buludun səhər saat 05:00–07:00 aralığında planetimizə çatacağı ehtimal olunur.

Gözlənilən maqnit fırtınasının gücü G2–G3 səviyyəsində olacaq. Daha güclü, G4 səviyyəsinə çatma ehtimalı isə çox aşağı qiymətləndirilir.

Alimlər qeyd edirlər ki, Günəş partlayışının gücü çox yüksək olmadığı üçün maqnit fırtınası uzun sürməyəcək və təxminən 10 saat davam edəcək.

Qeyd edək ki, maqnit fırtınaları xüsusi şkala ilə ölçülür: G1 zəif, G5 isə son dərəcə güclü fırtına hesab olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Günəş,Partlayış,Maqnit,Dalğa,Qasırğa,todaypress.tv,