Yağlı süd piylənmə riskini azaldır
Sosial
16.04.2026 18:15
Tam yağlı süd, yüksək yağ tərkibinə baxmayaraq, uşaqlarda piylənmə riskini azalda bilər.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "American Journal of Clinical Nutrition" (AJCN) jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində geniş və uzunmüddətli uşaq sağlamlığı müşahidə proqramının məlumatlarından istifadə edilib. Alimlər uşaqların körpəlik dövründə istehlak etdikləri süd növünü — tam yağlı, az yağlı və ya yağsız — izləyərək bu göstəriciləri onların 5 və 8 yaşlarında bədən çəkisi və yağ göstəriciləri ilə müqayisə ediblər.
Nəticələr göstərib ki, müntəzəm olaraq tam yağlı süd içən uşaqların bədən kütlə indeksi daha aşağı olur. Həmçinin, 8 yaşına qədər bu uşaqlarda piylənmə riski yağsız süd istehlak edənlərlə müqayisədə 69% daha azdır. Ümumilikdə, südün daha yüksək yağ tərkibi daha əlverişli bədən tərkibi göstəriciləri ilə əlaqələndirilib.
Tədqiqatçılar qeyd edirlər ki, bu nəticələr uşaqların qidalanması ilə bağlı əvvəlki tövsiyələrlə — xüsusilə az yağlı süd məhsullarına üstünlük verilməsi ilə — ziddiyyət təşkil edir. Müəlliflərin fikrincə, süd yağı daha uzun müddət toxluq hissi yarada bilər və bu da fast food, şirniyyat və şəkərli içkilərin istehlakını azaltmağa kömək edə bilər. Bununla belə, bu əlaqənin əsas mexanizmləri hələ tam aydınlaşdırılmayıb
Jalə Rövşən
tag: Piylənmə ,Tədqiqat,Çəki,Süd ,Todaypress.tv,
Qoxu hissinin zəifləməsi ürək xəstəliyinin xəbərçisi ola bilər
11.11.2025
Yaşlı insanlarda qoxu hissinin azalması iskemik ürək xəstəliyi (İÜX) riskinin artması ilə əlaqələndirilə bilər. Bu barəd...
İnfrastruktur və kadr çatışmazlığı aradan qalxır
20.11.2025
"Yeni Klinikada bir sıra strateji tibbi xidmətlər yaradılıb və inkişaf etdirilib. Bunlara Yeni Yaşayış Mərkəzi, Ürək-Rad...
Gündəlik fiziki aktivlik ölüm riskini azaldır
25.05.2025
Aparılan tədqiqatlara əsasən, gündə ən azı 30 dəqiqəlik orta intensivlikdə fiziki aktivlik ürək-damar xəstəlikləri, piyl...
Kompüter qarşısında qida qəbul etmək zərərlidir
11.09.2025
Bir çox mütəxəssislər kompüter və ya digər elektron cihazlar qarşısında yemək yeməyin sağlamlıq üçün ciddi fəsadlara yol...
"C" vitamininin artıq qəbulu sağlamlıq üçün risk yarada bilər
16.03.2026
"C" vitamininin normadan artıq qəbulu ishal, ürəkbulanma və qarında ağrılı spazmlara səbəb ola bilər.TodayPress TV ...
Xolesterin xərçəng hüceyrələrini istilik müalicəsindən qoruyur
29.06.2025
Yapon alimləri müəyyən edib ki, xərçəng hüceyrələrinin membranında xolesterin çox olduqda onlar hipertermiyaya – yəni 40...
Şərab ürək xəstəlikləri riskini azaltmaqda faydalı ola bilər
26.03.2026
Şərab içənlərin ümumiyyətlə daha sağlam həyat tərzi sürmə ehtimalı daha yüksəkdir. Pivə və spirtli içkilər vaxtından əvv...
Meyvə yeməyin ağciyərlərə möcüzəvi təsiri ortaya çıxdı
18.10.2025
Meyvə istehlakı qadınlarda hava çirkliliyinin ağciyərə təsirini azaldır.TodayPress TV xəbər verir ki, Avropa Tənəffüs Cə...
Payız yorğunluğunun səbəbi nədir?
24.09.2025
Payız aylarında bir çox insanın özünü daha yorğun, halsız və enerjisiz hiss etməsinin əsas səbəblərindən biri gün işığın...
İnfeksion xəstəliklər üzrə vəziyyət nəzarətdə saxlanılır? - AÇIQLAMA
01.09.2025
"Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ölkədə infeksion xəstəlik...
