Tovuzda avtomobil azyaşlını vurdu, daha sonra aşdı
Sosial
01.05.2026 21:40
Tovuz rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində yerləşən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. 1979-cu il təvəllüdlü Ramin Həsənov idarə etdiyi VAZ 2106 markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən azyaşlını vurub.
Qəzadan sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı fərdi yaşayış evinin həyətinə aşıb. Nəticədə azyaşlı müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zamanı sürücü xəsarət almayıb. İlkin məlumata görə, azyaşlı avtobusdan düşdükdən sonra yolu keçmək istəyərkən qəza baş verib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
tag: Tovuz, Qəza, Xəsarət, Yol, Nəqliyyat, todaypress.tv,
