Oktyabrda zəhərlənmə halları artdı: 4 ölüm qeydə alındı
Sosial
05.11.2025 10:05
Oktyabrda zəhərlənmə səbəbilə 98 nəfər xəstəxanaya yerləşdirildi
TodayPress TV xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
2025-ci ilin oktyabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 98 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
Mərkəzin məlumatına görə, pasiyentlərə ixtisaslaşmış toksikoloji, reanimasion yardım, intensiv terapiya və detoksikasiya tədbirləri göstərilib. Müalicə nəticəsində 94 nəfərin vəziyyəti stabilləşib və onlar evə buraxılıb.
Zəhərlənmə səbəbləri üzrə bölgü belədir:
– dərman preparatları – 44 nəfər
– sirkə turşusu – 30 nəfər
– spirtli içkilər – 5 nəfər
– ilan sancması – 5 nəfər
– allergik reaksiyalar – 3 nəfər
– yandırıcı məhlullar – 2 nəfər
– fosfor üzvi birləşmələri – 1 nəfər
– anafilaktik şok – 5 nəfər
– dəm qazı – 3 nəfər
Aparılan intensiv müalicəyə baxmayaraq, təəssüf ki, 3-ü kişi, 1-i qadın olmaqla 4 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbləri ağır anafilaktik şok, sirkə turşusu ilə zəhərlənmə və dərman preparatlarının yüksək dozada qəbulu göstərilib.
tag: Kliniki Tibbi Mərkəz,Toksikologiya ,Zəhərlənmə,Xəstə,Todaypress.tv,
