Səudiyyə Pakistanı da yanına alaraq İrana yollandı - Husilər darboğaza düşdü
Yaxın Şərqdə regional təhlükəsizlik məsələləri ilə bağlı diplomatik təmaslar intensivləşir. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yüksək vəzifəli nümayəndələrinin İran rəsmiləri ilə Tehranda keçirəcəyi görüşdə regiondakı təhlükəsizlik vəziyyəti və tərəflər arasında əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.
TodayPress TV "Clash Report" "X" kanalına istinadən xəbər verir ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yüksək vəzifəli rəsmiləri regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bazar ertəsi Tehranda İran rəsmiləri ilə görüşəcəklər.
Görüşdə Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun baş qərargah rəisi Asim Munir və Türkiyənin kəşfiyyat rəhbəri İbrahim Kalın iştirak edəcəklər.
Zəhra Məmmədova