Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır

Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır
19.06.2026 22:30 Sosial

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı vəfat edib.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Xəyal Məmmədov Rusiya tərəfindən döyüşlərdə iştirak edib və o dron hücumu zamanı həlak olub.

Təxminən iki ay öncə Rusiyaya gedən X. Məmmədovla yaxınları sonuncu dəfə ötən ayın 4-ü danışıblar.

Onun ailə üzvləri Rusiyaya getsələr də,  nəşinin harada plmasına dair xəbər ala bilmirlər.

Onların sözlərinə görə, ailəyə Rusiya tərəfindən nəzərdə tutulan vəsait də ödənilməyib.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər