Müharibə ilə bağlı əlilliyi olan daha bir qrup şəxslə görüş keçirildi

Müharibə ilə bağlı əlilliyi olan daha bir qrup şəxslə görüş keçirildi
13.08.2025 17:30 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş keçirilib.

TodayPress TV xəbər verir ki, Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov son illər aparılan ardıcıl sosial islahatlar çərçivəsində ölkəmizdə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulduğunu vurğulayıb.

Həmçinin qabaqcıl dünya təcrübəsi əsasında yeni reabilitasiya üsullarının tətbiq edildiyi, dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayının əhəmiyyətli dərəcədə artırıldığı qeyd edilib. Eyni zamanda, döyüşlərdə yaralanaraq əzalarını itirmiş 494 hərbçimizin 612 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edildiyi bildirilib.  

Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya mərkəzlərində 3600-dən çox müharibə iştirakçısının xidmətlərlə təmin edildiyi diqqətə çatdırılıb. Onlarla bağlı ardıcıl və effektiv bərpa müalicə tədbirlərinin həyata keçirildiyi qeyd edilib.

Bu tədbirlər, həkim komandasının peşəkarlığı nəticəsində həmin qazilərimizdən böyük hissəsinin artıq sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyduqları vurğulanıb. Onların yenidən sağlam, aktiv həyata, əmək fəaliyyətinə davam etdikləri bildirilib. 

Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Sosial tərəfdaşlarla iş departamentinin müdir müavini Vüqar İmanov şəhid ailəsi üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən aktiv məşğulluq tədbirlərindən bəhs edib.

Postmüharibə dövründə bu kateqoriyalardan olan 27,4 min şəxsin məşğulluğunun təmin olunduğu, onlardan 13,1 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslərin yaradıldığı bildirilib.

Müharibə iştirakçıları daim diqqət və qayğı ilə əhatə olunmalarından, onlara göstərilən reabilitasiya və məşğulluq xidmətlərindən razılıqlarını bildiriblər.

Görüşdə reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə səmərəli reabilitasiya xidmətlərinin göstərilməsi, onların aktiv məşğulluq proqramları ilə əhatə olunmaları istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

FOTOLAR

Müharibə ilə bağlı əlilliyi olan daha bir qrup şəxslə görüş keçirildi — 1
Müharibə ilə bağlı əlilliyi olan daha bir qrup şəxslə görüş keçirildi — 2
Müharibə ilə bağlı əlilliyi olan daha bir qrup şəxslə görüş keçirildi — 3
Müharibə ilə bağlı əlilliyi olan daha bir qrup şəxslə görüş keçirildi — 4
Müharibə ilə bağlı əlilliyi olan daha bir qrup şəxslə görüş keçirildi — 5
Müharibə ilə bağlı əlilliyi olan daha bir qrup şəxslə görüş keçirildi — 6
Müharibə ilə bağlı əlilliyi olan daha bir qrup şəxslə görüş keçirildi — 7
Müharibə ilə bağlı əlilliyi olan daha bir qrup şəxslə görüş keçirildi — 8
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər