İlham Haqverdiyev azadlığa buraxıldı

Sosial

01.05.2026 15:18

Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb.

TodayPress TV xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunub və İ.Haqverdiyevə cərimə cəzası kəsilib.

Qeyd edək ki, İ.Haqverdiyev 2025-ci ilin oktyabr ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə ittiham olunur.

TodayPress TV

tag: MN,Sabiq,Rəis,Məhkəmə,Proses,Todaypress.tv,