“Gənclik”də metronun qarşısında nə tikilir? - FOTO
“Gənclik” metrosunun qarşısında avtobus dayanacağı sökülüb, önündə, yol hissəsində isə tikinti aparılır.
Sözügedən məsələ ilə bağlı TodayPress TV-nin sorğusuna verilən cavabda həmin ərazidə sərnişinlərin rahatlığı üçün yeni avtobus dayanacağının təşkil edildiyi bildirilib.
“Minmə-düşmə sahəsi yola daha yaxın olacaq, platformanın uzunluğu artacaq və daha nizamlı hərəkət üçün şərait yaradılacaq”, - məlumatda qeyd olunub.