Elçin Quliyev fərqlənən hərbi qulluqçuları təltif etdi
Sosial
17.03.2026 17:23
Dövlət Sərhəd Xidmətində (DSX) xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.
Bu barədə TodayPress TV-yə DSX-dən məlumat verilib.
Bildirilib ki, Novruz bayramı ərəfəsində keçirilən tədbirdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu və sərhəd mühafizəsi sahəsində görülən işlərdən danışılıb, dövlət sərhədlərinin təhlükəsizliyinin strateji əhəmiyyəti xüsusi vurğulanıb.
DSX-nin rəisi general-polkovnik Elçin Quliyev təltif olunan hərbi qulluqçuların nümunəvi xidmətlərini yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində də eyni əzmkarlıq və məsuliyyət nümayiş etdirəcəklərinə inamını ifadə edib.
tag: Elçin Quliyev,DSX,Təltif,Fərqlənmə,Todaypress.tv,
