BƏƏ-dən gələn şəxslərdən yüzlərlə karata yaxın brilyant qaşlar aşkar edildi
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkar edilib.
TodayPress TV komitəyə istinadən xəbər verir ki, Şarja-Bakı aviareysi ilə gələn iki nəfər Azərbaycan vətəndaşı gömrük yoxlamasına cəlb edilib.
Gömrük baxışı zamanı həmin şəxslərin üzərində gömrük nəzarətindən gizlədilən və içərisində brilyant qaşlar olan bağlamalar aşkar edilib.
Ekspertizanın rəyinə əsasən həmin brilyant qaşların ümumilkdə çəkisi 654.90 karatdır.
Faktla bağlı araşdırma aparılır.
Dövlət Gömrük Komitəsi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi
brilyant qaşlar
bağlamalar
Todaypress.tv