Azərbaycan İlahiyyat İnstitutunda təhsil tamamilə ödənişsizdir

Azərbaycan İlahiyyat İnstitutunda təhsil tamamilə ödənişsizdir
07.09.2026 17:19 Sosial

“Azərbaycan İlahiyyat İnstitutunda təhsil tamamilə ödənişsizdir və tələbələr üçün yüksək təqaüd imkanları yaradılıb”. 

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov “Zəfər yolu: Qələbənin izi ilə – xaricdə yaşayan azərbaycanlı din xadimlərinin ölkəmizə səfəri” çərçivəsində keçirilən tədbirdə institut haqqında məlumat verərkən deyib. 

O qeyd edib ki, təqaüd imkanlarına Ümummilli Lider Heydər Əliyev adına təqaüd, QMI-nin təsis etdiyi “Şeyxülislam” adına təqaüd, QMI-nin təsis etdiyi Akademik Vasim Məmmədəliyev adına təqaüd və yemək pulu daxildir.

Qeyd edək ki, institutda hər üç təhsil səviyyəsi üzrə təhsil almaq mümkündür.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər