Axtarışda olan 100-dən çox şəxs saxlanıldı

Axtarışda olan 100-dən çox şəxs saxlanıldı
21.11.2026 11:02 Sosial

Noyabrın 20-də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat yayıb.

Bildirilib ki, hesabat günündə ölkə ərazisində qeydə alınan 92, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 118 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər