Ağdamda avtomobillər toqquşdu- Ölənlər var

Sosial

01.05.2026 20:00

Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

tag: Ağdam, Qəza, Yol,Nəqliyyat, todaypress.tv,