"Saudi Aramco" neft tədarükünü tam bərpa edir

"Saudi Aramco" neft tədarükünü tam bərpa edir
09.10.2026 20:23 Dünya

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" "Şərq – Qərb" boru kəməri ilə neft nəqlinin bərpa olunmasından sonra noyabr ayında avropalı alıcılara tələb olunan bütün partiyanı tədarük edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ən azı üç Avropa NEZ-i (neft emalı zavodu) sorğu edilən neft partiyasını tam həcmdə alacaq. Nəşr yazır ki, tədarük həcmlərinin bərpası Avropanın yanacaq bazarındakı gərgin vəziyyəti yumşaltmağa kömək edəcək.

Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı adətən Avropaya sutkada 700 mindən 800 min barelə qədər neft ixrac edir.

Aysel Mətləb

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər