Niderland ABŞ-nin BCM-ə sanksiyalarını "eskalasiya" adlandırdı
Niderland ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı elan etdiyi sanksiyaları eskalasiyanın yeni mərhələsi hesab edir, lakin onların qüvvəyə minməsi üçün verilən altıaylıq möhlətdən danışıqlar aparmaq üçün istifadə edəcəyinə ümid edir.
TodayPress TV xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Tom Berendsen "X" sosial şəbəkəsində yazıb.
"Beynəlxalq Cinayət Məhkəməsinə qarşı elan olunmuş sanksiyalar arzuolunmaz və yeni bir eskalasiyadır. Mən bu yeni addımdan dərin təəssüf hissi keçirirəm. Biz məhkəməni qətiyyətlə dəstəkləyirik", – deyə o bildirib.
Bununla yanaşı, Berendsen məhdudiyyətlərin dərhal qüvvəyə minməyəcəyinə diqqət çəkib ki, bunun sayəsində xidmət təminatçıları hələlik BCM ilə əməkdaşlığı davam etdirə biləcəklər:
"Sanksiyaların qüvvəyə minməsinə qədər olan altı ay dialoq üçün də imkan saxlayır. Mən bu imkanı alqışlayıram və məhkəmənin iştirakçısı olan digər dövlətlərlə birlikdə onu ciddi şəkildə nəzərdən keçirmək niyyətindəyəm".
Aysel Mətləb