Pensiyaçılara üç aydan bir əlavə 30 manat veriləcək? - Rəsmi cavab

Pensiyaçılara üç aydan bir əlavə 30 manat veriləcək? - Rəsmi cavab
09.10.2026 17:39 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

TodayPres TV xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirib.

“Sosial şəbəkələrdə və bəzi saytlarda Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir”, – məlumatda qeyd edilib.

TodayPres TV 

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər