Premyer Liqa: “Sabah” “Neftçi” ilə heç-heçə etdi

Premyer Liqa: “Sabah” “Neftçi” ilə heç-heçə etdi
09.10.2026 21:49 İdman

Azərbaycan Premyer Liqasının VII turunda "Sabah" səfərdə "Neftçi" ilə heç-heçə edib.

TodayPress TV xəbər verir ki, "Palms Sports Arena"da baş tutan görüş qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra "Neftçi" 16 xalla turnir cədvəlinin ilk pilləsində yer alıb. Eyni xala malik "Sabah" isə ikincidir.

Xatırladaq ki, turun bu gün baş tutan ilk matçında "Kəpəz" "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib.

VII tura oktyabrın 11-də yekun vurulacaq.

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər