Gürcüstan XİN TRIPP layihəsindəki rolundan danışdı
Gürcüstan nəqliyyat əlçatanlığı baxımından TRIPP layihəsi kontekstində mühüm rolunu vurğulayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.
"Layihənin gələcəkdə necə inkişaf edəcəyindən, yolların hansı ölkələrdən keçəcəyindən asılı olmayaraq, bu, regional əməkdaşlıq kontekstində Gürcüstan üçün mühüm və sərfəlidir", – deyə xarici işlər naziri bəyan edib.
O qeyd edib ki, Gürcüstan, o cümlədən Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çıxış imkanı baxımından strateji cəhətdən mühüm mövqedə yerləşir.
Nazirin sözlərinə görə, Gürcüstanın Qara dənizə çıxışı yalnız Cənubi Qafqaz üçün deyil, həm də Mərkəzi Asiya dövlətləri üçün vacibdir ki, bu da Gürcüstanın regional nəqliyyat və kommunikasiya marşrutlarının inkişafındakı rolunu daha da gücləndirir.
Aysel Mətləb