ABŞ sanksiyalarına 6 ay qaldı: Aİ nə edəcək?

ABŞ sanksiyalarına 6 ay qaldı: Aİ nə edəcək?
09.10.2026 21:29 Dünya

Beynəlxalq Cinayət Məhkəməsi beynəlxalq cinayət ədaləti sisteminin əsasını təşkil edir və beynəlxalq hüquq üzrə ən ağır cinayətlərdə təqsirli bilinən şəxsləri məsuliyyətə cəlb edir.

TodayPress TV xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində yazıb.

O bildirib ki, ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etmək niyyətini açıqlamasından sonra məhkəmənin sədri Tomoko Akane ilə söhbət edib. Kallasın sözlərinə görə, tədbirlərin qüvvəyə minməsinə qədər olan altı aylıq müddət dialoq üçün imkan yaradır.

Aİ rəsmisi vurğulayıb ki, qurum Beynəlxalq Cinayət Məhkəməsini hər zaman dəstəkləyib və onun fəaliyyətini davam etdirməsi üçün lazımi vasitələrə malikdir.

Kallas qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin müdafiəsi Aİ-nin prioritetlərindən biri olaraq qalır.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər