Panamada güclü zəlzələ baş verdi
Panamada 7,6 maqnitudalı zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Panama paytaxtından 213 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 12 kilometr dərinlikdə olub.
Aysel Mətləb