Təyyarəni terminala çırpmaq istədi - Pilotun şok etirafı

Təyyarəni terminala çırpmaq istədi - Pilotun şok etirafı
09.10.2026 21:00 Dünya

"Flydubai" aviaşirkətinin sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan reysinin ikinci pilotu İsrailin Ben-Gurion hava limanında terror aktı törətməyi planlaşdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə BƏƏ-nin Baş prokuroru Həməd Seyf əl-Şəmsi bəyan edib.

"İstintaq zamanı ikinci pilotun, Oman vətəndaşının əvvəlcədən planlaşdırılmış terror aktını həyata keçirməyə cəhd etdiyi müəyyən edilib. O, mümkün qədər çox insan tələfatına səbəb olmaq məqsədilə təyyarə üzərində nəzarəti ələ keçirmək və ondan Təl-Əvivdəki Ben-Gurion hava limanının sərnişin terminalına intiharçı hücumu etmək üçün istifadə etmək niyyətində olub", – deyə o bildirib.

Qeyd olunur ki, cinayətkar heyət və sərnişinlər tərəfindən zərərsizləşdirilib, bundan sonra təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edib.

Pilot etirafedici ifadə verib və təkbaşına hərəkət etdiyini bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər