40 uşaq himayədar ailə yanına yerləşdirildi

Sosial

13.03.2026 12:50

2025-ci il ərzində 40 uşaq himayədar ailə yanına yerləşdirilib.

TodayPress TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

“Hesabat ilində 296 (2022-ci 1 noyabr tarixindən ümumilikdə 855 uşaq) uşaq müəssisəyə yerləşdirilmiş, 324 uşaq müəssisəni tərk etmiş (2022-ci il 1 noyabr tarixindən ümumilikdə 828 uşaq), 275 uşağın (2022-ci il 1 noyabr tarixindən ümumilikdə 822 uşaq) isə müəssisəyə düşməsinin qarşısı alınaraq ailə himayəsində qalması məqsədəuyğun hesab edilib”, - hesabatda qeyd edilib.

Həmçinin bildirilib ki, reinteqrasiya tədbirləri nəticəsində 176 uşaq (2020-ci ildən ümumilikdə 840 uşaq) ailələrinə qaytarılıb.

TodayPress TV

tag: Uşaq,Himayədar ailə,Yerləşdirmə,Reinteqrasiya,Todaypress.tv,