27 yaşlı kişi kəsici alətdən xəsarət aldı

27 yaşlı kişi kəsici alətdən xəsarət aldı
13.08.2025 21:20 Sosial

Gəncədə 27 yaşlı kişi kəsici alətdən xəsarət alıb.

TodayPress TV-nin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospketi ərazisində qeydə alınıb.

Belə ki, Göygöl rayon sakini 1998-ci il təvəllüdlü Ə.Həsənov qollarının çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib,vəziyyətinin orta-ağır olduğu bildirilir. 27 yaşlı kişini hansı şəraitdə kəsici alətdən xəsarət alması məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər