25 min nəfər küləyə qarşı yarışa qoşuldu

25 min nəfər küləyə qarşı yarışa qoşuldu
03.05.2026 10:42 Sosial

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”ya start verilib.

TodayPress TV  “Küləyə qalib gəl” şüarı ilə təşkil olunan yarışda 25 min iştirakçı qeydiyyatdan keçib.

Marafon təkcə Azərbaycan vətəndaşlarını deyil, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən gələn iştirakçıları da bir araya gətirib.

Sayca 9-cu dəfə keçirilən marafon bu il ilk dəfə tam 42 kilometr məsafə üzrə təşkil olunur. Yarış Dövlət Bayrağı Meydanından start götürüb, iştirakçılar müəyyən olunmuş marşrutla “Sea Breeze” ərazisində finişə çatacaqlar.

TodayPress TV 

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər