“Real” etibarını itirib: Laportadan sərt “El-Klassiko” mesajı!

“Real” etibarını itirib: Laportadan sərt “El-Klassiko” mesajı!
20.10.2026 10:00 İdman

“Barselona”nın prezidenti Joan Laporta “Real Madrid”lə münasibətlərin tamamilə pozulduğunu və hazırda tərəflər arasında kəskin qarşıdurmanın hökm sürdüyünü bildirib. Klub rəhbəri bu açıqlamanı oktyabrın 25-də keçiriləcək növbəti “El-Klassiko” matçından öncə verib.

TodayPress TV xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb. 

Laportanın sözlərinə görə, Madrid təmsilçisi İspaniya çempionatında hakimlik məsələlərini tənqid etməklə öz uğursuzluqlarından diqqəti yayındırmağa çalışır. “Real”ın “Negreyra işi” vasitəsilə ictimaiyyəti yayındırmaq istədiyini vurğulayan prezident klubun həm institutsional müstəvidə, həm də sahədə etibarını itirdiyini qeyd edib. O, “Real”ın rəhbər strukturlarda təmsil olunmadığını, böyük maliyyə xərclərinə baxmayaraq istənilən nəticəni əldə edə bilmədiyini və yanlış yolda olduğunu bildirib.

Qeyd edək ki, La Liqanın X turu çərçivəsində təşkil olunacaq “Barselona” – “Real Madrid” qarşılaşması oktyabrın 25-də Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər