Tahir Mirkişili: Dindən şəxsi məqsədlər üçün istifadə edilməməlidir
Dini dəyərlərin şəxsi maraqlar naminə istifadə edilməsi məsələsi milli ideologiya və cəmiyyətin mənəvi təhlükəsizliyi kontekstində diqqətə çatdırılıb.
TodayPress TV xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin plenar iclasında çıxışı zamanı dinin şəxsi məqsədlər üçün vasitəyə çevrilməməsi məsələsinə toxunub.
"Dini inanclar cəmiyyətin mənəvi həyatında mühüm yer tutsa da, onlardan şəxsi maraqları həyata keçirmək və ya insanlara təsir göstərmək vasitəsi kimi istifadə edilməsi dini dəyərlərin mahiyyətinin təhrif olunmasına səbəb ola bilər. Bu baxımdan, dinə münasibətdə məsuliyyətli yanaşma, milli-mənəvi dəyərlərə hörmət və dövlətçilik prinsiplərinin qorunması əhəmiyyət daşıyır. Dini məsələlərin şəxsi maraqlardan ayrı tutulması cəmiyyətdə sağlam münasibətlərin və qarşılıqlı hörmət mühitinin qorunmasına xidmət edir. Milli ideologiya məsələlərinin müzakirəsində də dinin yeri və rolu obyektiv şəkildə dəyərləndirilməli, dini dəyərlərdən sui-istifadəyə yol verilməməlidir", - deyə deputat bildirib.
Qiymət Mahir