Şeyxülislam Allahşükür Paşazadə Vatikanda “Nostra Aetate” sənədinin ildönümü ilə bağlı mərasimdə iştirak etdi

Şeyxülislam Allahşükür Paşazadə Vatikanda “Nostra Aetate” sənədinin ildönümü ilə bağlı mərasimdə iştirak etdi
30.10.2025 09:56 Siyasət

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanda “Nostra Aetate” sənədinin 60-cı ildönümü ilə əlaqədar keçirilən mərasimdə iştirak edib.

TodayPress TV xəbər verir ki, Vatikanın VI Pavel zalında baş tutan “Ümid üçün birgə addımlamaq” adlı tədbirdə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad və Xristian Birliyinin Təşviqi üzrə Dikasteriyanın prefekti kardinal Kurt Kox salamlama nitqi ilə çıxış ediblər.

Daha sonra Roma Papası XIV Leo çıxış edərək son illərdə Katolik Kilsəsi ilə digər dinlər, o cümlədən İslam dini arasında dərin və davamlı əlaqələrin qurulduğunu deyib, bu dialoqun təşviqi üçün çalışan hər kəsə təşəkkür edib. 2019-cu ildə Əbu-Dabidə mərhum Papa Fransisk və Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibin imzaladığı İnsan qardaşlığına dair tarixi sənədin əhəmiyyəti qeyd olunub.

Pontifik insanları zorakılığı və ədalətsizliyi pisləməyə, bölünmələrə qarşı çıxmağa və sülhü təbliğ etməyə səsləyib.

Təxminən iki minədək insanın qatıldığı tədbirdə müxtəlif ölkələrin dini liderləri və Müqəddəs Taxt-Tacda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Nostra Aetate” Roma Katolik Kilsəsinin qeyri-xristian dinləri ilə əlaqələrinin bünövrəsini formalaşdıran II Vatikan Şurasının əsas sənədidir.

TodayPress TV

FOTOLAR

Şeyxülislam Allahşükür Paşazadə Vatikanda “Nostra Aetate” sənədinin ildönümü ilə bağlı mərasimdə iştirak etdi — 1
Şeyxülislam Allahşükür Paşazadə Vatikanda “Nostra Aetate” sənədinin ildönümü ilə bağlı mərasimdə iştirak etdi — 2
Şeyxülislam Allahşükür Paşazadə Vatikanda “Nostra Aetate” sənədinin ildönümü ilə bağlı mərasimdə iştirak etdi — 3
XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər