Paşinyan Vaşinqton görüşü ilə bağlı paylaşım etdi

Paşinyan Vaşinqton görüşü ilə bağlı paylaşım etdi
09.08.2025 01:53 Siyasət

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli görüşlə bağlı paylaşım edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə öz "Facebook" hesabında yazıb.

"Görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh prosesinə dair Birgə Bəyanat imzalandı. Bəyanatda sülh sazişinin ilkin razılaşdırılması, ATƏT-in Minsk Qrupunun rəsmi ləğvi, nəqliyyat kommunikasiyalarının açılması, o cümlədən “Tramp Marşrutu” adlı yeni regional layihənin təşviqi və bölgədə sülhə yönəlmiş gələcək əməkdaşlıq addımları yer aldı. Bu sənəd regionda sülh və sabitliyə aparan mühüm mərhələdir".

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər