Özbəkistan Qarabağda mühüm işlər görəcək - Mirziyoyev
“Prezident İlham Əliyevin mükəmməl rəhbərliyi sayəsində Azərbaycan, xüsusilə də Qarabağ torpaqlarında sürətli və genişmiqyaslı inkişaf dövrünü yaşayır”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlərin Bəyanatları (Leaders' Statements) mərhələsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev deyib.
Özbəkistan dövlət başçısı azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə və iki ölkə arasındakı qardaşlıq əməkdaşlığına diqqət çəkib:
“Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunmuş, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri tikilmişdir. Fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, Özbəkistan bu cür nəcib təşəbbüslərə öz layiqli töhfəsini verməyə hazırdır”.
Qiymət Mahir